Ümid edirik ki, bu qərar Azərbaycana şamil edilməyəcək  - Millət vəkili

15:09 13.01.2026
Yazını böyüt
Yazını kiçilt

“Bu gün dünya İrana hərbi müdaxiləni müzakirə edir və bununla yanaşı digər müzakirlər aparılır. O müdaxilələrdən biri də ABŞ-ın dünən bir sıra ölkələrə rüsumun tətbiqi ilə bağlı qərarının qəbul edilməsidir.  Burada konkret ölkə adı qeyd olunmayıb”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov ABŞ-ın İranla əməkdaslıq edən ölkələrə 25 faiz rüsum tətbiq etməsi ilə bağlı açıqlamasında deyib.

“Proselər onu göstərir ABŞ İranda dəyişikliyə nail olmaq üçün davamlı olaraq müxtəlif addımlar atır. Bu çox ciddi prosesdir. Bu gün İranla sıx əməkdaşlıq edən ölkələr var. İnanıram ki, ABŞ-Azərbaycan münasibətləri nəzərə alınaraq Azərbaycana o qaydalar tətbiq edilməyəcək. Ümumilikdə, Azərbaycanın İranla müəyyən ticarət dövriyyəsi olsa da, bu da çox deyil.  Amma ABŞ-ın bizə qarşı belə bir qərarı tətbiq etməsi əlaqələrə mənfi təsir edə bilər. Ona görə ümid edirik ki, bu qərar Azərbaycana şamil edilməyəcək”-deputat deyib.

Tahirə Qafarlı